ADNSU · İT və İdarəetmə fakültəsi

Mühazirə: Həsənli Xatirə

Autentifikasiya növləri

1FA · 2FA · MFA üçün risk ssenariləri və müqayisə

Hər növl nəyi qoruyur, hansı hücumu dayandırmır — və bir-birini necə əvəz edir.

689.24 Qrup
AAyxan · 1FA TToğrul · 2FA AAdil · MFA GGülşən · müqayisə
Yol xəritəsiBugün nə danışacağıq

Hər blok eyni quruluşdadır

Üç blokun birində növlü təqdim edirik, üç risk ssenarisi canlı göstəririk və qorunmadığı riskləri açıq deyirik.

Ayxan1FA riskləri Brute-force · credential stuffing · parol sızması
Toğrul2FA riskləri SIM-swap · kodun oğurlanması · metod seçimi
AdilMFA riskləri Faktor növləri · push bombing · passkey · sessiya
GülşənMüqayisə Üç ölçülü balans · insan amili
Ayxan1FA · risk ssenariləri
Ayxan

1FA — birfaktorlu

Sistem istifadəçiyə yalnız bir şey soruşur: parol. Bu, bütün risk ssenarilərinin başlanğıc nöqtəsidir.

01Risk xəritəsi1FA nəyi qoruyur, nəyi qorumaz
02Risk 1 · Brute-forceParol lüğəti ilə kütləvi cəhd
03Risk 2 · Credential stuffingEyni parol minlərlə hesabda
04Risk 3 · Parol sızmasıBaza sındırılması və rainbow table
05Risk xülasəsi1FA hansı riski ümumiyyətlə dayandıra bilmir
Ayxan1FA · risk xəritəsi

1FA yalnız bir risk qatıdır

NIST SP 800-63B-yə görə 1FA “Something you know”, yəni bilmək kategoriyasıdır. Bu, AAL1 səviyyəsidir — və risk analizi buradan başlayır.

Nəyi qoruyur
✓Güclü və unikal parol — sadəcə sındırılmamaq şərti ilə
✓Rate limiting + bloklama — avtomatik cəhd hücumlarını
✓Tətbiq yığılması — giriş jurnalının özü mübahisə yaradır
Nəyi qorumaz
✕Parol sızmasını — sındırılmış parol artıq gizli deyil
✕Parolun təkrar istifadəsini — bir sızma bütün hesabları açır
✕Fişinqi — parolu istifadəçinin özü verir
✕Zəif 2. şəxsi məlumatı — ana ad, doğum günü
Ayxan1FA · risk ssenarisi 1

Risk ssenarisi 1 · interaktiv

Brute-force: parol lüğəti ilə sındırma

Ssenari: hücumçu bir hesabda qeydiyyatdan keçir, sonra ayxan@asoiu.edu.az üçün real parol siyahısını yoxlayır. Ox düyməsi ilə izləyin.

Ox düyməsi ilə hücumu başladın.
Ayxan1FA · risk ssenarisi 2

Risk ssenarisi 2 · interaktiv

Credential stuffing: parolun təkrarı

Ssenari: hücumçu eyni e-poçt və parol cütini götürür və minlərlə xidmətə avtomatik göndərir. Bu, brute-force-dan fərqli olaraq kütləvi hücumdur.

Ox düyməsi ilə yoxlama başladın.
73%parol təkrarıparolların təxminən bu qədəri təkrarlanır (Microsoft, 2019)
300M+gündəlik cəhdbulud xidmətlərinə saxta giriş cəhdi (Microsoft, 2019)
+müdafiəparol meneceri · rate limiting · bloklama siyahısı
Ayxan1FA · risk ssenarisi 3

Risk 3 — parol sızması və rainbow table

Ssenari: bir saytın bazası sındırılır. Parollar düz mətn saxlanıb? Hər hesab üçün fərqili salt varsa? Aşağıdakı çıxış real skriptdəndir.

hash_demo.py — rainbow table və NIST tələbləri
Ayxan1FA · risk xülasəsi

Risk xülasəsi: 1FA nəyi dayandıra bilmir

01Sındırılmış parolBaza sızması parolu son dəfəlik gizli olmaktan çıxarır
02Təkrar istifadəBir sızma bütün hesabları eyni anda açır
03FişinqParolu istifadəçinin özü əlindən verir
04Zəif 2. məlumatTəhlükəsizlik sualı faktordur deyil
05Zəiflik şəbəkəsiHər hesab üçün parol ayrı-ayrı seçilməlidir
06Bloklama DoS-uBloklama özü təxdid ola bilər
Növbəti blok · Toğrul · 2FA
Yuxarıdakı risklərin hamısı parol bilmək faktoruna hücum edir. 2FA isə hücumçunun “sahib olmaq” faktorunu da qazanmalıdır.
Toğrul2FA · 2FA nədir?
Toğrul

2FA — iki fərqli faktor

Two-Factor Authentication (2FA) — istifadəçinin kimliyini təsdiqləmək üçün iki fərqli autentifikasiya faktorunun tələb olunduğu təhlükəsizlik mexanizmidir.

Adi giriş sistemində istifadəçi yalnız parol daxil edir. Lakin parol oğurlanarsa, hücumçu həmin hesabı ələ keçirə bilər. 2FA isə paroldan əlavə ikinci faktor tələb etməklə bu riski azaldır. Məsələn, istifadəçi onlayn mağazanın hesabına daxil olarkən:

01İstifadəçi adı və parolİstifadəçi adını və parolunu daxil edir.
02İkinci faktorSistem əlavə olaraq autentifikator tətbiqindən və ya telefondan alınan birdəfəlik kodu tələb edir.
03GirişHər iki faktor düzgün olduqda istifadəçi hesaba daxil ola bilir.

Beləliklə, hücumçu parolu bilsə belə, ikinci faktoru əldə etmədən hesaba daxil olmaqda çətinlik çəkir.

Toğrul2FA · praktiki nümunə

Praktiki nümunə: NovaMarket

Məsələn, NovaMarket adlı bir onlayn mağaza yaratmışıq. Alice adlı istifadəçi üçün əvvəlcə 2FA-ı aktiv edirik:

Buradan “İki faktorlu doğrulamanı (2FA) idarə et”-ə klikləyirik və bu pəncərə açılır:

NovaMarket profil səhifəsi — alice hesabı
NovaMarket · Profil — alice · “İki faktorlu doğrulamanı (2FA) idarə et”
Toğrul2FA · qeydiyyat

2FA qeydiyyatı

Authenticator tətbiqində (Google Authenticator, Authy və s.) bu açarı əlavə edin. Açar yalnız bu səhifədə göstərilir, sonra bir daha göstərilmir.

NovaMarket 2FA qurulum pəncərəsi
2FA qurulumu · gizli açar və otpauth linki
Authenticator tətbiqində kodlar
Authenticator · HackerOne, Microsoft Entra ID və alice kodları

Verilmiş kodu Authenticator tətbiqində daxil edirik və bizə ikinci bir doğrulama üçün kod verir.

Toğrul2FA · aktivləşdirmə

Aktivləşdirmə və giriş

Alice hesab adı idi. İndi bu kodu saytda yazırıq və alice user-i üçün 2FA-ı aktiv edirik.

2FA kodunun saytda daxil edilməsi
Kodun saytda daxil edilməsi
2FA aktivdir mesajı
“2FA bu hesab üçün aktivdir.”
Girişdə ikinci doğrulama
Girişdə ikinci doğrulama

Bundan sonra hesaba hər girdiyimizdə ikinci bir doğrulama ilə qarşılaşırıq. Authenticator tətbiqindəki kodu daxil edərək hesaba giririk.

Toğrul2FA · faktor növləri

Autentifikasiya faktorlarının növləri

Autentifikasiya faktorları əsasən üç qrupa bölünür. 2FA istifadə edilərkən bu qruplardan iki fərqli kateqoriyaya aid faktor seçilir.

2.1. Bildiyin məlumat

Bu faktor yalnız istifadəçinin bildiyi məlumatlara əsaslanır.

Nümunələr: Parol (Password) · PIN-kod · Təhlükəsizlik sualının cavabı

Buradaki risk, parolun phishing, brute-force hücumları, məlumat sızmaları və ya başqa hesabda istifadə edilmiş parolun təkrar istifadəsi nəticəsində ələ keçirilə bilməsidir. Buna görə parolun mürəkkəb olması və digər saytlarda təkrar istifadə edilməməsi vacibdir. Parol minimum 8 simvoldan ibarət olmalı və ola bildiyi qədər müxtəlif simvollardan ibarət olmalıdır; bu kombinasiyaların sayını artırır və BruteForce ehtimalını azaldır.

2.2. Sahib olduğun vasitə

Bu faktor istifadəçinin sahib olduğu fiziki və ya rəqəmsal vasitəyə əsaslanır.

Nümunələr: Mobil telefon (SMS və ya authenticator tətbiqi) · Aparat tokeni · Ağıllı kart · E-poçt hesabı

Burada risk vasitənin itirilməsi, oğurlanması, SIM kartın dəyişdirilməsi (SIM-swapping) və ya cihazın zədələnməsi ilə bağlıdır.

Toğrul2FA · faktor növləri

Sənə məxsus xüsusiyyət

2.3. Sənə məxsus xüsusiyyət

Bu faktor istifadəçinin bioloji və ya davranış xüsusiyyətlərinə əsaslanır.

Nümunələr: Barmaq izi · Üz tanıma · Səs tanıma · İmza

Bu üsulun üstünlüyü ondadır ki, onu unutmaq, itirmək və ya başqa şəxsə ötürmək çətindir. Lakin biometrik məlumatlar dəyişdirilə bilmədiyi üçün sızdıqda uzunmüddətli risk yaradır. Bundan əlavə, bəzi biometrik üsullar süni surətdə təqlid edilə bilər.

Vacib incəlik

Barmaq izi və parol birlikdə istifadə edilərsə, bu, iki fərqli faktor kateqoriyasına aid olduğu üçün 2FA sayılır. Yalnız iki fərqli parol və ya eyni kateqoriyaya aid iki üsul isə 2FA deyil.

Toğrul2FA · tətbiq üsulları

SMS vasitəsilə doğrulama

Telefona gələn SMS doğrulama bildirişi
SMS bildirişi
SMS ilə gələn 6 rəqəmli kodun daxil edilməsi
6 rəqəmli kod

Bu üsulda sistem istifadəçinin qeydiyyatdan keçmiş telefon nömrəsinə birdəfəlik kod göndərir. İş prinsipi 4 mərhələdən ibarətdir:

01Kod göndərilirSistem təsadüfi 6 rəqəmli kod yaradır və SMS ilə göndərir.
02Kod daxil edilirİstifadəçi kodu giriş ekranında yazır.
03Server yoxlayırKodun düzgünlüyü və vaxtı server tərəfində yoxlanılır.
04Giriş tamamlanırKod düzgündürsə, istifadəçi hesaba daxil olur.

Üstünlükləri: sadədir, geniş yayılıb və ayrıca tətbiq tələb etmir.

Çatışmazlıqları: SIM-swapping, phishing və kodun oğurlanması riskləri var; həmçinin telefon şəbəkəsindən asılıdır.

SMS əsaslı 2FA yalnız paroldan istifadə etməkdən daha yaxşı müdafiə təmin edə bilər, lakin daha güclü alternativlər mövcuddur.

Toğrul2FA · TOTP

Autentifikator tətbiqləri — TOTP

TOTP (Time-Based One-Time Password) müəyyən vaxt intervalına əsasən birdəfəlik kod yaradan mexanizmdir.

Məsələn, Google Authenticator və Microsoft Authenticator kimi tətbiqlər bu üsulu dəstəkləyir. İş prinsipi:

01Qurulumİstifadəçi autentifikator tətbiqini quraşdırır.
02AçarTətbiqə xüsusi açar (secret) əlavə olunur.
03Kod yaradılırTətbiq 30 saniyəlik interval üzrə yeni kod yaradır.
04Kod daxil edilirİstifadəçi kodu saytda yazır.
05YoxlamaServer kodu öz hesablaması ilə müqayisə edir.

TOTP kodları adətən 30 saniyəlik interval üzrə dəyişir. Konkret interval sistemin konfiqurasiyasından asılıdır.

Authenticator tətbiqində HackerOne TOTP kodu
Authenticator · HackerOne · 733 675 · 30 saniyə

Üstünlükləri: internet bağlantısı tələb etmir, SMS-dən daha təhlükəsizdir və kod qısa müddət ərzində etibarlıdır.

Çatışmazlıqları: telefonun itirilməsi, tətbiqin silinməsi və ya cihazın dəyişdirilməsi çətinlik yarada bilər; kod yenə də phishing ilə ələ keçirilə bilər.

Toğrul2FA · təhlükəsizlik açarı

Təhlükəsizlik açarları — Security Keys

Təhlükəsizlik açarı autentifikasiya üçün istifadə edilən fiziki cihazdır. O, USB və ya NFC vasitəsilə kompüterə və ya telefona qoşula bilər.

FIDO2/WebAuthn standartlarını dəstəkləyən təhlükəsizlik açarları phishing-ə qarşı güclü müdafiə təmin edə bilər.

İş prinsipi

01Qeydiyyatİstifadəçi saytda hesabını təhlükəsizlik açarı ilə qeydiyyatdan keçirir.
02Açar cütüSistem həmin hesab üçün açıq və məxfi açarlardan ibarət kriptoqrafik cüt yaradır.
03SorğuGiriş zamanı sayt autentifikasiya sorğusu göndərir.
04TəsdiqTəhlükəsizlik açarı sorğunu təsdiqləyir və kriptoqrafik cavab yaradır.
05YoxlamaServer cavabı yoxlayır və autentifikasiya uğurlu olarsa girişə icazə verir.
Üstünlükləri
  • Phishing-ə qarşı yüksək davamlılıq.
  • Birdəfəlik kodu yadda saxlamaq lazım deyil.
  • Kriptoqrafik doğrulama istifadə olunur.
Çatışmazlıqları
  • Fiziki açarın alınması əlavə xərc yarada bilər.
  • Açar itirilərsə, alternativ giriş və bərpa üsulu tələb oluna bilər.
  • Bütün saytlar bu üsulu dəstəkləmir.
Toğrul2FA · risklər

2FA ilə əlaqəli əsas təhlükəsizlik riskləri

2FA hesab təhlükəsizliyini artırsa da, onun tətbiqi və istifadəsi ilə bağlı bəzi risklər qalır.

2FA-nın əsas üstünlüyü ondan ibarətdir ki, hücumçu yalnız parolu deyil, həm də ikinci faktoru ələ keçirməlidir. Ancaq bu o demək deyil ki, 2FA bütün hücumların qarşısını alır. Aşağıdakı risklər xüsusilə diqqət tələb edir:

  • SIM-swapping — hücumçu telefon nömrəsini öz nəzarətinə keçirir.
  • Phishing — saxta sayt parolu və 2FA kodunu ələ keçirir.
  • OTP oğurlanması — birdəfəlik kod ələ keçirilir.
  • Brute-force — kodun bütün variantları avtomatik sınanır.
  • 2FA-nın yan keçilməsi — qorunan səhifəyə birbaşa müraciət edilir.
Normal yolu İstifadəçi /2fa kod /profile ✓ Hücumçu yolu Hücumçu /profile ✕ 2FA səhifəsi yan keçilir — kod daxil edilmir
İstifadəçi /2fa → kod → /profile yollar; hücumçu 2FA-ı yan keçib birbaşa /profile-ə daxil olur
Toğrul2FA · bypass

2FA-nın yan keçilməsi

2FA-nın bypass edilməsi ilə bağlı əvvəldə yaratdığımız NovaMarket saytında hücumlar reallaşdırırıq. Məsələn, istifadəçi parolu daxil edir və server onu /2fa səhifəsinə yönləndirir. Hücumçu həmin səhifəni tamamilə yan keçib birbaşa /profile-ə müraciət edir və profil açılır. Heç bir kod daxil edilmir.

Bunun səbəbi zəif login funksiyasında parol düzgün olan kimi session["user"] təyin olunur, 2FA isə yalnız yönləndirmə ilə həyata keçirilir. login_required kimi qoruma isə yalnız session["user"]-in mövcudluğuna baxır. Yəni server 2FA-nın tamamlandığını deyil, parolun keçildiyini qeyd edir.

2FA yan keçilərək açılan profil
Profil — alice · birbaşa /profile
Brauzerdə /profile ünvanı
Birbaşa /profile ünvanı — 2FA səhifəsi yan keçilir
Toğrul2FA · brute-force

6 rəqəmli kodun brute-forceu

İkinci bir hücum, 6 rəqəmli kod yalnız 1 000 000 variantdır. Hücumçu parolu bilib və /2fa-ya dəfələrlə kod göndərə bilirsə, bütün variantları sınaya bilər. Burp Intruder ilə kodu payload olaraq verib (Numbers, 000000–999999) sorğuları göndərmək olar.

Hücumun səbəbi /2fa marşrutu səhv kodları saymır və istifadəçini heç vaxt bloklamır. Yalnız “kod yanlışdır” mesajı qaytarır.

Burp Intruder hücum konfiqurasiyası
Burp Intruder · hədəf /2fa · payload: 000000–999999
Burp Intruder nəticələri
Burp Intruder · cavablar və kod namizədləri
Toğrul2FA · müdafiə

Hücumlara qarşı müdafiə 01–03

01SIM-swapping hücumundan qorunmaSIM-swapping hücumu zamanı hücumçu istifadəçinin telefon nömrəsini öz nəzarətində olan SIM karta keçirməyə çalışır və SMS vasitəsilə göndərilən doğrulama kodlarını ələ keçirə bilər. Bu hücumdan qorunmaq üçün SMS əvəzinə autentifikator tətbiqlərindən istifadə etmək, həmçinin mobil operator hesabına əlavə PIN təyin etmək tövsiyə olunur.
02Phishing hücumundan qorunmaPhishing zamanı hücumçu istifadəçini saxta giriş səhifəsi vasitəsilə parolunu və 2FA kodunu daxil etməyə aldadır. Qorunmaq üçün saytın domen adını yoxlamaq, şübhəli keçidlərə daxil olmamaq və mümkün olduqda daha güclü autentifikasiya üsullarından istifadə etmək lazımdır.
03OTP kodunun oğurlanmasından qorunmaOTP birdəfəlik doğrulama kodudur. Hücumçu bu kodu phishing, sosial mühəndislik və ya təhlükəli cihaz vasitəsilə ələ keçirməyə çalışa bilər. Bunun qarşısını almaq üçün kodları heç kimlə paylaşmamaq, onların etibarlılıq müddətini məhdudlaşdırmaq və istifadə edilmiş kodun yenidən qəbul edilməsinə icazə verməmək lazımdır.
Toğrul2FA · müdafiə

Müdafiə tədbirləri — davam 04–05

04Brute-force hücumundan qorunmaBrute-force hücumu zamanı hücumçu düzgün parolu və ya doğrulama kodunu tapmaq üçün çoxsaylı ehtimalları avtomatik yoxlayır. Bu hücumdan qorunmaq üçün uğursuz giriş cəhdlərinə limit qoymaq, ardıcıl uğursuz cəhdlərdən sonra müvəqqəti gecikmə tətbiq etmək və şübhəli fəaliyyəti izləmək lazımdır. OTP kodları kifayət qədər təsadüfi olmalı, server tərəfindən yoxlanmalı və onların təkrar istifadəsi bloklanmalıdır.
052FA-nın yan keçilməsi riskindən qorunmaƏgər sistem ikinci faktor təsdiqlənmədən istifadəçiyə qorunan səhifələrə giriş imkanı verirsə, 2FA öz funksiyasını tam yerinə yetirmir. Bunun qarşısını almaq üçün hər qorunan səhifədə və API sorğusunda autentifikasiya vəziyyəti server tərəfində yoxlanmalıdır. İstifadəçi yalnız parolu təsdiqlədikdə tam autentifikasiya olunmuş hesab edilməməlidir.
Toğrul2FA · nəticə

Nəticə

Two-Factor Authentication (2FA) hesab təhlükəsizliyini artıran vacib müdafiə mexanizmidir. O, istifadəçinin kimliyini iki fərqli autentifikasiya faktoru ilə təsdiqləyir və yalnız paroldan asılılığı azaldır.

Lakin SMS, OTP və digər 2FA üsullarının özünəməxsus riskləri var. SIM-swapping, phishing və OTP oğurlanması göstərir ki, ikinci faktorun mövcudluğu bütün təhlükələri aradan qaldırmır.

Daha güclü müdafiə üçün

autentifikasiya mexanizmi server tərəfində düzgün tətbiq edilməli, giriş cəhdləri məhdudlaşdırılmalı, sessiyalar təhlükəsiz idarə olunmalı və mümkün olduqda phishing-ə davamlı üsullara üstünlük verilməlidir.

═══ ADİL · MFA ══════════════════════════════════════════════════════════════════════ -->
AdilMFA · çoxfaktorlu autentifikasiya
Adil

MFA — çoxfaktorlu autentifikasiya

2FA-dan fərqi faktorun sayında deyil, qatların müstəqilliyindədir. MFA bir neçə fərqli sübutu birləşdirir: bilik, cihaz, biometriya, yer və davranış.

01MFA nədir?2FA ilə fərqi
02Faktor növləri3 klassik + 3 əlavə
03SMS, TOTP, pushapprove/deny, number matching
04Push bombingUber 2022 real nümunəsi
05Fiziki açar, passkeybiometriya, LiDAR, 3D
06Görünməz risk yoxlamalarıcookie və sessiya

Bu blokda MFA-nın nə olduğunu, hansı üsullarla işlədiyini və hansı hallarda yenə də yan keçilə bildiyini ardıcıl göstərəcəyik.

AdilMFA · 2FA ilə fərqi

2FA ⊂ MFA — fərq faktor sayında

2FA dəqiq iki fərqli faktor tələb edir. MFA isə iki və daha çox — praktikada üç və ya dörd müstəqil qat. Yəni hər 2FA bir MFA-dır, amma hər MFA 2FA deyil.

2FA

1 Parol — bilirəm 2 SMS — sahibəm
2faktor · 2 kateqoriya

Parol + SMS = klassik 2FA.

⊂

MFA

1 Parol 2 FIDO2 açar 3 Üz / barmaq izi 4 Yer / kontekst
4faktor · 3+ kateqoriya

Hər əlavə qat müstəqil olmalıdır.

MFA 2FA-nı əvəz etmir — onu genişləndirir. Ən güclü MFA phishing-resistant olanıdır: FIDO2 açarı və ya passkey. Faktor sayı çox olsa da, hamısı eyni kanaldan oğurlanırsa, fayda azalır.
99.9%MFA hesab kompromisinin 99.9%-ni bloklayır (Microsoft, 2019)
AAL2iki müstəqil faktor · replay-dən qorunma
AAL3phishing-resistant məcburi · açar ixracı qadağan
AdilMFA · klassik faktorlar

Üç klassik faktor — bilik, cihaz, bədən

2FA və MFA-nın təməli budur: hər faktor fərqli kateqoriyadan seçilməlidir. İki parol və ya iki eyni tipli kod 2FA sayılmır.

Something you know Bildiyin məlumat

Parol · PIN · təhlükəsizlik sualının cavabı.

Risk: phishing, brute-force, təkrar istifadə.

Something you have Sahib olduğun vasitə

Telefon · authenticator · FIDO2 açarı · smart kart.

Risk: itirmə, oğurluq, SIM-swap.

Something you are Sənə məxsus xüsusiyyət

Barmaq izi · üz · iris · səs.

Risk: təqlid, dəyişdirilə bilməz, məxfilik.

Faktorlar müstəqil olmalıdır: hücumçu birini əldə etsə, digəri hələ də qoruyur. Eyni kanaldan gələn iki sübut isə əslində tək faktordur.
AdilMFA · əlavə siqnallar

MFA əlavə siqnallar da qatır

NIST rəsmi olaraq üç kateqoriya tanıyır. Risk əsaslı MFA isə bunların üzərinə yer, davranış və kontekst əlavə edir — çox vaxt istifadəçidən heç nə soruşmadan.

Somewhere you are Olduğun yer

GPS koordinatları · IP ünvanı · WiFi şəbəkəsi · ofis/VPN.

Risk: VPN/proxy, GPS saxtalaşdırma.

Behavioral biometrics Davranışın

Yazma ritmi · siçan trayektoriyası · toxunma təzyiqi.

Risk: profil dəyişməsi, yanlış pozitiv, məxfilik.

Contextual factors Kontekst

Vaxt · cihaz · brauzer · sessiya sayı · risk balı.

Risk: məlumat toplanması, yanlış bloklama.

Bu üçü çox vaxt “görünməz MFA” kimi işləyir: istifadəçi kod yazmır, sistem arxa planda risk balı hesablayır və yalnız şübhəli halda əlavə doğrulama tələb edir.
AdilMFA · SMS və TOTP

SMS və TOTP — qısa xatırlatma

2FA blokunda bunları gördük. MFA-da bunlar bir qatdır, yeganə qat deyil — və tək başına phishing-resistant sayılmır.

SMS kodu

ASOIU · SMS Doğrulama kodunuz: 482 913
Kodu heç kimlə paylaşmayın.
+ geniş yayılıb, ayrıca tətbiq lazım deyil.
− SIM-swap, SS7, phishing, kodun oğurlanması.
− telefon şəbəkəsindən asılıdır.

TOTP kodu

30
+ offline işləyir, 30 saniyədə dəyişir.
− phishing / AiTM ilə kod real vaxtda oğurlanır.
− seed və telefonun itirilməsi riski.
Hər ikisi paroldan yaxşıdır, amma phishing-resistant deyil. MFA-nın gücü bunların üstünə FIDO2 açarı, passkey və ya kontekst qatı əlavə etməkdən gəlir.
AdilMFA · push bildirişləri

Push: Təsdiqlə/Rədd et və ya rəqəm uyğunluğu

Push rahatdır — bir toxunuşla giriş. Amma istifadəçi konteksti görmürsə, kor təsdiq riski yaranır. Number matching bu riski azaldır.

Approve / Deny — bir toxunuş; kontekst yoxdursa təhlükəli.
Rədd et — düzgün davranış; hücumçu yenidən cəhd edəcək.
Number matching — ekrandakı rəqəmi telefonа yazmaq lazımdır.
Əlavə kontekst — tətbiq, yer, brauzer göstərilir.
CISA: number matching MFA fatigue-i azaldır, amma phishing-resistant deyil.
AdilMFA · push bombing

Push bombing — MFA fatigue

Hücumçu parolu bilir, ikinci faktor yoxdur. O, telefonu onlarla bildirişlə doldurur və istifadəçi yorulub təsdiqləyir.

03:14 gecə · istifadəçi yatmaq istəyir
0bildiriş
Ox düyməsi ilə bombardmanı başladın.
25 bildiriş — diqqət dağılır, “qurtarmaq” üçün təsdiqləyir.
CISA: rate limit, number matching, əlavə kontekst və phishing-resistant MFA.
AdilMFA · real nümunə

Real nümunə: Uber, 2022

Bir podratçı, bir təsdiq və hardcoded sirr — kiçik giriş böyük ekosistemə çevrildi.

15 sentyabr 2022 · 03:14 Infostealer → parolPodratçının şəxsi cihazı yoluxur; korporativ parol dark web-də satılır.
Giriş cəhdi Parol işləyir, MFA dayanırPodratçı push bildirişlərini rədd edir.
Bombardman Push + WhatsApp“Uber IT” yazır: dayandırmaq üçün birini təsdiqlə.
Bir təsdiq Podratçı yorulurHücumçu VPN və daxili şəbəkəyə girir.
Yanğın Hardcoded PAM paroluŞəbəkə paylaşımındakı PowerShell skripti Thycotic admin sirrini açır.
Nəticə AWS, G Suite, Slack, HackerOneBir podratçı hesabı → bütün ekosistem.
Nə öyrəndik

MFA var idi — amma insan amili və hardcoded sirr onu yan keçdi. Tək təsdiq bütün şəbəkəyə açılan qapı oldu.

Zəncir: parol → push bombing → insan → PAM → bulud.
Dərs: number matching, rate limit, secrets management, least privilege, həssas əməliyyatlarda yenidən doğrulama.
AdilMFA · fiziki açar

Fiziki açar — SecureKey / FIDO2

Açar sizin cibinizdədir. Şəbəkədə sirr yoxdur — yalnız imza gedir. Açar olmadan giriş mümkün deyil.

server challenge my.asoiu.edu.az FIDO2 login imza evil.tk ✕ origin ✓
1. USB / NFC ilə qoşulur; PIN + toxunma tələb olunur.
2. Challenge-response: özəl açar secure element-də qalır; server yalnız imzanı yoxlayır.
3. Açar yanında olmadan giriş yoxdur; saxta domen origin-ə görə imza ala bilmir.
4. Risk: itirmə / oğurlanma. İki açar saxla — biri cibdə, biri seyfdə; itəndə dərhal ləğv et.
Phishing-resistant: AAL3 üçün tələb olunan səviyyə. Açar + PIN = iki müstəqil qat.
AdilMFA · passkeys

Passkeys — cihaza bağlı açarsız giriş

Passkey FIDO2 credential-dır: özəl açar cihazın təhlükəsiz çipində qalır, kilidi biometriya və ya PIN açır.

notebook passkey? ◉ Face / PIN secure enclave QR + Bluetooth sync itərsə → ləğv
1. Özəl açar cihazın secure enclave / TPM-də saxlanılır; serverə heç vaxt getmir.
2. Başqa cihazda giriş: QR + Bluetooth yaxınlığı — telefon yanında olmalıdır.
3. Sinxron passkey (iCloud / Google) rahatdır, amma bulud hesabı sındırılsa, sinxron passkey riski yaranır.
4. Oğurluq: açıq telefon, omuz üstündən baxma, bulud backup. Cihaz itəndə passkey-i ləğv et.
Fiziki cihaz yanında olmasa, passkey ilə giriş mümkün deyil. Bu, uzaqdan oğurluğu çətinləşdirir — amma cihazın özü açıqdırsa, qorunma zəifləyir.
AdilMFA · biometriya

Biometriya — 2D-dən 3D-yə

Barmaq izi, üz, iris, səs. Köhnə üsullar foto ilə aldanırdı; yeni sensorlar dərinlik və canlılıq yoxlayır.

LiDAR IR depth 3D mesh foto / maska ✕ liveness canlı ✓ 3D ✓
1. “Something you are” — bioloji xüsusiyyət. Dəyişdirilə bilməz, unudulmur.
2. Köhnə 2D kamera: foto, maska, video ilə aldatmaq mümkün idi.
3. LiDAR / TrueDepth, IR dərinlik, mikro-hərəkət və liveness → 3D maska və deepfake çətinləşir.
4. Risk: biometriya sirr deyil; sızsa ömürlük risk. Serverdə yox, secure enclave-də saxlanılır.
5. Fallback: PIN / parol. Biometriya tək faktor olmamalıdır.
AdilMFA · avtomatik yoxlamalar

Biz daxil etmədən işləyən yoxlamalar

GPS, IP, WiFi, cihaz və brauzer fingerprint-i arxa planda yoxlanılır. Sistem risk balı çıxarır: icazə, əlavə doğrulama və ya blok.

GPSBakı, AZnormal
IP / ASN185.44.x.x · AZnormal
WiFiASOIU-Studentnormal
Cihaztanınır · macOSnormal
BrauzerChrome · AZ · UTC+4normal
Bu siqnallar istifadəçidən heç nə soruşmur — “görünməz MFA”. Amma məxfilik sualı qalır: yer, cihaz və davranış məlumatı insan haqqında çox şey deyir.
AdilMFA · davranış biometriyası

Davranış — klaviatura və siçan

Eyni kompüter, fərqli insan: yazma ritmi və siçan trayektoriyası profilə uyğun gəlmirsə, sistem sessiyanı bağlaya bilər.

QWERTYUIOP
ASDFGHJKL
ZXCVBNMspace
Yazma ritmi: hər düymənin basılma müddəti (dwell) və keçid vaxtı (flight).
Heatmap: ən çox istifadə olunan düymələr və barmaq izi.
Siçan: sürət, əyri, klik ritmi, scroll davranışı.
Uyğunsuzluq: eyni kompüter, başqa insan → step-up və ya logout.
Privacy: davamlı monitorinq, yanlış pozitiv və razılıq məsələsi.
Profil gözlənilir…
AdilMFA · kontekst və vaxt

Kontekst: vaxt, yer, cihaz

Risk yalnız kimliyə deyil, harada və nə vaxt girdiyinizə də baxır. Qeyri-adi vaxt və “impossible travel” güclü siqnaldır.

Bakı London 20 dəq
03:14 — istifadəçi adətən 09:00–18:00 arası girir.
Bakı → London 20 dəqiqə — fiziki olaraq mümkün deyil.
Yeni cihaz + eyni vaxtda iki sessiya — risk artır.
Yüksək risk → blok
Aşağı risk → parol; orta → OTP; yüksək → blok / step-up.
Risk balı hesablanır…
AdilMFA · qat-qat müdafiə

MFA bir divar deyil — qat-qat divardır

Hacker bir divarı qırıb keçsə, digərinə çırpılır. Amma insan divarı həmişə ən zəif halqadır.

→
insan amili
Parol1FA
MFApush / TOTP
Cihazfingerprint
Kontekstrisk balı
İnsansocial eng.
1-ci divar: parol — sındırıla, oğurlana bilər.
2-ci divar: MFA — push bombing ilə yorulur.
3-cü divar: cihaz / kontekst — tanınmayan girişi saxlayır.
4-cü divar: insan — sosial mühəndislik divarın üstündən keçir.
Defense in depth: phishing-resistant MFA, conditional access, monitoring, least privilege, təlim.
Hər şey mükəmməl olsa da, insan amili qalır.
AdilMFA · cookie və sessiya

Cookie oğurlansa, MFA yan keçilir

MFA girişi qoruyur. Sessiya cookie-si oğurlanıbsa, hücumçu artıq içəridədir — və heç bir kod soruşulmur.

1. Girişdən sonra server sessiya cookie-si verir; MFA artıq keçilib.
2. Oğurluq: infostealer malware, zərərli extension, XSS, fiziki giriş.
3. Hücumçu cookie-ni import edir → dashboard açılır, MFA soruşulmur.
4. Müdafiə: HttpOnly, Secure, SameSite, qısa TTL, rotation, cihaz bağlama.
5. Extension icazələri: yalnız etibarlı mənbə; cookie-lərə giriş riskdir.
MFA girişi qoruyur; sessiyanı qorumursa, hücumçu artıq içəridədir. Həssas əməliyyatlarda yenidən doğrulama tələb et.
AdilMFA · nəticə

MFA — qat-qat müdafiə, sehrli həll deyil

MFA hesab kompromisinin böyük hissəsini bloklayır. Amma o, insanı, sessiyanı və bərpa yolunu avtomatik qorumur.

01Faktor sayı deyilMüstəqillik vacibdir: eyni kanaldan gələn iki sübut tək faktordur.
02Push bombingNumber matching + rate limit + əlavə kontekst.
03FIDO2 / PasskeyPhishing-resistant qat; AAL3 üçün məcburi.
04Cookie / sessiyaAyrıca qorunmalıdır: HttpOnly, qısa TTL, rotation.
MFA 99.9% hesab kompromisini bloklaya bilər — amma insan, sessiya və bərpa yolu ayrı qapılardır.
Növbəti blok · Gülşən · müqayisə
Gülşən üç ölçülü balansı — ehtimal, təsir və insan amilini — göstərəcək. MFA güclüdür, amma hər üsul hər riski eyni cür dayandırmır.
GülşənÜç Ölçülü Müqayisə Balansı
Üç Ölçülü Müqayisə Balansı
01Protecting DataHəssas və şəxsi məlumatların icazəsiz açıqlanmasından və ya oğurlanmasından qorunması.
02Mükəmməl Sxem YoxdurCambridge tədqiqatı (Bonneau və b., 2012) parolu əvəz etmək üçün təklif olunan sxemləri 25 meyar üzrə yoxlamış və hər bir alternativin bir ölçüdə qazanarkən digərində itirdiyini sübut etmişdir.
03Parolun YaşamasıParol təhlükəsizlik baxımından zəif olsa da, istifadəçi başına sıfır xərc və universal sistem uyğunluğu sayəsində tətbiqolunma ölçüsündə güclüdür.
Gülşən1FA · 2FA · MFA

1FA → 2FA → MFA

Birfaktor, iki faktor və çoxfaktorlu giriş — nəzərdə tutulmuş acciyański sirr
GülşənRisk Analizi

Risk Analizi: ehtimal × təsir

Müqayisəni düzgün aparmaq üçün NIST resurslarındakı rəsmi risk analizi metodologiyasına baxmalıyıq. Risk iki hissədən ibarətdir: ehtimal və təsir. Biz faktorların sayını artırmaqla yalnız hücumun uğur qazanma ehtimalını aşağı salırıq. Lakin həmin hesabın daxili şəbəkədə kritik bir serverə giriş icazəsi varsa, onun sındırılması halında dəyəcək ziyan, yəni təsir dəyişmir. Deməli, effektiv müqayisə apararkən təkcə faktorun gücünü deyil, qorunan hesabın real dəyərini və səlahiyyətlərini də mütləq nəzərə almalıyıq.

Kiber Risk Tənliyi
Risk = Ehtimal (Hadisənin baş vermə şansı) × Təsir (Hadisə baş verərsə, dəyən ziyan).
Faktorların Rolu 1FA-dan MFA-ya keçid riyazi olaraq yalnız hesabın ələ keçirilmə ehtimalını azaldır.
Təsirin Sabitliyi Uğurlu hücumun yarada biləcəyi təsir (ziyan) autentifikasiya modelindən deyil, qorunan hesabın sistemdəki icazə və səlahiyyətlərindən asılıdır.
GülşənOgurlanma ehtimalı

Ogurlanma ehtimalı

1FA və 2FA/MFA-də hesab ogurlanma ehtimalı — müqayisəli qrafik
GülşənQat-qat Müdafiə və Faktor Müstəqilliyi

Qat-qat Müdafiə və Faktor Müstəqilliyi

Modellərin təhlükəsizlik arxitekturasındakı fundamental fərq faktorların sayında deyil, sistemin necə uğursuz olmasındadır. 1FA modeli kiberbəhlükəsizlikdə tək nöqtə uğursuzluğu yaradır: parol sızsa, başqa heç bir maneə qalmır. 2FA və MFA isə NIST-in qat-qat müdafiə prinsipinə əsaslanır. Lakin burada əsas şərt faktorların müstəqilliyidir. Əgər hücumçu hər iki faktoru eyni kanaldan ələ keçirə bilirsə – məsələn, fişinq səhifəsi istifadəçidən həm parolu, həm də OTP kodunu eyni ekranda alırsa – bu faktorlar artıq asılıdır.

Əgər hücumçu hər iki faktoru eyni kanaldan ələ keçirə bilirsə – məsələn, fişinq səhifəsi istifadəçidən həm parolu, həm də OTP kodunu eyni ekranda alırsa – bu faktorlar artıq asılıdır. Riyazi olaraq müstəqil faktorlarda risk 1%-ə düşdüyü halda, asılı faktorlarda təhlükə səviyyəsi yenidən 10%-ə, yəni faktiki olaraq 1FA səviyyəsinə qalxır.

Qiymət faktorun sayına yox, hansı hücum yolunu bağlamasına verilməlidir.
Müstəqil faktorlar
Parol→ayrı kanal
OTP→ayrı kanal
1%risk
vs
Asılı faktorlar
Parol + OTP→eyni fişinq səhifəsi
10%risk1FA səviyyəsi
Gülşənİnsan Amili

İnsan Amili

Nəzəriyyənin ən mühüm qanunauyğunluğu insan amili və sistemin yaratdığı çətinlik dərəcəsidir. Kağız üzərində mükəmməl görünən bir sistem, istifadəçi onun yaratdığı çətinliklərdən bezib qaydalardan yan keçərsə, praktikada ən zəif sistemə çevrilir

Çətinlik Dərəcəsinin Təhlükəsizlik üçün əlavə edilən hər yeni addım istifadəçi tərəfində vaxt itkisi və çətinlik yaradır; bu hədd keçildikdə istifadəçilər qorunma qaydalarından yan keçirlər.
Təhlükəsizliyin vaxt itkisi Giriş prosesindəki çətinliklərdən və vaxt itkisindən bezən istifadəçilərin impulsiv, tələsik və qeyri-təhlükəsiz qərarlar verməsi hallarıdır.
MFA yoruculuğu və Həlli CISA-nın sənədləşdirdiyi push əsaslı hücumlarda fırıldaqçılar yüzlərlə sorğu ilə istifadəçini bezdirib səhvən təsdiq alırlar. Bunun elmi həlli çətinliyi yalnız risk artdıqda tətbiq edən adaptiv (risk əsaslı) autentifikasiyadır.
YekunTövsiyə və mənbələr

Yekun tövsiyəsi

VəziyyətRiskHəll
Şəxsi hesabParol tək faktordur→ Güclü parol + TOTP + FIDO2 açarı
Tələb saytıSındırılmış parol tək səni götürür→ Parol + TOTP, backup kodları ayrıca saxlanır
Ödəniş / bankHər şey bir faktorun üstündədir→ AAL3 — FIDO2 açar məcburidir
Hər kəsSessija və bərpa riski→ İzləmə, vaxt limiti, çoxkanallı bərpa

Mənbələr

NIST SP 800-63B-4 · RFC 4226 (HOTP) · RFC 6238 (TOTP) · W3C Web Authentication Level 3 (FIDO2) · OWASP Password Storage & Credential Stuffing Cheat Sheets · Microsoft Security Blog (2019) — MFA 99.9%, parol təkrarı ~73%, gündəlik 300M+ saxta giriş cəhdi.